Aktyor

Jan Klod Van Damm kimdir?

Döyüş səhnələrinin unudulmaz aktyoru və Hollivud ulduzlarından biri də Jan Klod Van Dammdır. O, çəkildiyi filmlərə və oynadığı rollara görə bir çox mükafata layiq görülüb. Jan Klod Van Damm haqqında maraqlı məlumatları sizinlə bölüşürük.

Jan Klod Van Damm kimdir?

18 oktyabr 1960-cı ildə Belçikanın Brüssel şəhərində anadan olub. Atası mühasib və gül dükanının sahibi idi. Atası yarı flamand, yarı yəhudidir, anası isə flamanddır. Valideynlər oğlunu on yaşında karate məktəbinə göndərirlər. 12 yaşından etibarən Van Damm Klod Götsin rəhbərliyi altında təhsilini davam etdirir. Van Damm karate ilə yanaşı daha 4 döyüş sənətinə də sahibdir: kikboksinq, muay tay, kunq-fu və taekvondo. Gəncliyində o, “California Gym” adlanan idman zalı açdı. Van Dammın boyu 177 sm-dir. Van Damm özü haqqında belə deyir: “Nə anam, nə də atam məni heç vaxt əzələli adlandırmayıb. Anam mənə Siska deyirdi. Bu, Belçika dilində qucaqlamaq istədiyin bir şeyə verilən addır. Atam isə mənə Jan-Klod deyirdi və belə məqamlarda ona nifrət edirdim”

Filmləri

90-cı illərin sonlarında populyarlığını itirməyə başladı və aktyorun karyerasında uğurlu rollardan sonra uzun sürən geriləmə başladı. 1996-cı ildə ekranlaşdırılan “Macəra axtarışında” Van Damm rejissorluq debütünü etdi. Filmin müəllifi və prodüseri işlərini də özü gördü. Bununla belə, film maliyyə baxımından çətinliklə nəticələndi. Böyük müvəffəqiyyətlə taclanmadı. “Ani ölüm” (1995), “Maksimum Risk” (1996), “Koloniya” (1997) və “Partlayıcı” (1998) filmləri böyük uğur qazanmadı.

“Legioner” (1998), “Replikant” (2001), “Cəhənnəmdə” (2003) və “Ölümün oyanışı” (2004) filmlərin də Van Dammın aktyorluq bacarığının artmasına baxmayaraq, lazımi uğur qazana bilmədi.

2010-cu ilin yanvar ayında məşhur elmi-fantastik döyüş filmi “Universal Əsgər”in üçüncü hissəsi çıxdı: “Universal Əsgər 3: Yenidən Doğuş”. Filmdə əsas rolları birinci filmin ulduzları – Jan-Klod Van Damm və Dolf Lundqren ifa ediblər. Film tamaşaçılar və tənqidçilər tərəfindən əsasən müsbət rəylər aldı. Onlar döyüşlərin səhnələşdirilməsini və süjetin ümumi dinamikliyini yüksək qiymətləndirdilər.

Van Damın oğlunun toyu

Van Damın oğlu Kris Van Damın toyu azərbaycanlı bir xanımla reallaşmışdır. Kris Van Dam 2021-ci ildə 21 yaşlı Prezedent təqaüdçüsü və pianoçu Suada Hacızadə ilə ailə həyatı qurdu.

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button