Musiqiçi

Qara Qarayev kimdir?

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev – Həyatı

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda anadan olub. Dmitri Şostakoviç məktəbinin ən uğurlu nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, Bakı konservatoriyasında təhsil aldığı vaxtlarda Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.

Qara Qarayev mükafatları

Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoydu və Bakıya qayıdıb Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işlədi. Ancaq müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vurdu və Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başladı. Həmin vaxtda Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görüldü. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması görə isə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru və 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri oldu. 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayev vəfatı

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Qara Qarayevin ən məşhur əsərləri:

Operaları:

“Vətən”
“Zəriflik”

Baletləri:

“Yeddi gözəl”
“İldırımlı yollarla”

Vokal-simfonik əsərləri:

“Könül nəğməsi”, kantata
“Səadət nəğməsi”, kantata

Kamera vokal əsərləri:

Fortepiano və səs üçün Puşkinin şerlərinə romanslar

Orkestr üçün əsərləri:

“Leyli və Məcnun”, simfonik poeması
“Yeddi gözəl”, Simfonik suitası
“Don Kixot”, Simfonik qravürləri

Ətraflı Oxu

Bir cavab yazın

Back to top button