Alim

Nəsrəddin Tusi kimdir?

Nəsrəddin Tusi kimdir? Nəsrəddin Tusi haqqında daha ətraflı məlumat üçün məqaləni sona qədər oxuyun.

Əslən Azərbaycanlı alim, filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi olan alim, Marağada yaşayıb və orada fəaliyyət göstərmişdir.

Həyatı

Tam adı Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi Tus şəhərində doğulmuşdur. O, təhsilini dövrünün tanınmış alimlərindən alıb. O, gənc yaşlarında dövrünün hökmdarlarının diqqətini cəlb edib. Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm gənc alimi sarayına dəvət edib, ondan əxlaq barədə kitab yazmasını xahiş etmişdir. Nəsirəddin Tusi 1235-ci ildə alimə dünya şöhrəti qazandıran və bir çox dillərə tərcümə olunan “Əxlaq-i Nasiri” əsərini tamamlamışdır. Sonra narazılığa səbəb olmuş və Tusi həbs olunmuş, Ələmut qalasına aparılmışdır.

12 ildən bir az çox davam edən mənəvi sıxıntılara baxmayaraq, o, buradakı zəngin kitabxanadan istifadə edib elmi yaradıclığını daha da dərinləşdirmişdir. 1242-ci ildə tamamladığı ,ndə yazırdı: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”.

Hülaku xanın Yaxın Şərqə yürüşü zamanı İsmaililər dövlətinə son qoymuş, Tusini və digər alim məhbusları azad etmişdi.

Yaradıcılığı

Nəsirəddin Tusi elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə yüzdən artıq ciddi əsər yazmışdır. Nəsirəddinin yaradıclığında astronomiya və riyaziyyat üzrə aparmış olduğu tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə iyirmidən çox uğurlu araşdırma etmişdir.

Riyaziyyatçı alimin ən məşhur əsərlərindən olan “Şəklül-qita” (“Bütöv çoxtərəfli haqda risalə), “Came’ül-hesab” (“Lövhə və tozun köməyi ilə hesab toplusu”), “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” (“Evklid “Başlanğıc”ının təsviri”) kimi kitablar mühüm yer tutur. Alimin adını dünya astronomiya tarixinə salmış dörd hissədən ibarət “Zici-İlxani” (“İlxanilərin astronomik cədvəlləri”) əsəri olmuşdur.

Tusi ideyalarının Avropada yayılmasında “Evklid “Başlanğıc”ının təsviri” əsəri mühüm iş görmüşdür. Alimin yazdığı beş kitabdan ibarət “Bütöv dördtərəfli haqqında risalə” Avropada triqonometriyanın inkişafında çox əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. İlk dəfə dünya elmi tarixində, triqonometriyaya müstəqil elm sahəsi kimi bu əsərdə yanaşılır. Bu əsər ingilis, rus və fransız dillərinə tərcümə olunmuşdur. Nəsirəddinin cəbr sahəsində etdiyi araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan əlavə alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya aid çoxsaylı əsərləri də diqqətə layiqdir. Onların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başka əsərlərin adı çəkilə bilər.

Tusinin anadan olmasının 780 illik yubileyi 1981-ci ildə geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, haqqında qısametrajlı film çəkilmiş, portreti yaradılmış, şərəfinə heykəl və büstlər ucaldılmışdır.

Azərbycanda bir çox elm, təhsil və mədəni-maarif müəssisəsinə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına, Nəsirəddin Tusi adına klinikaya və Tehran Texnologiya Universitetinə alimin adı verlimişdir.

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Həmçinin Bax
Close
Back to top button