Musiqiçi

Elşad Xose kimdir?

Elşad Xose kimdir?

Elşad Xosa 1979-cu il sentyabr ayının 25-də Bakıda anadan olub.  “Xose” təxəllüsü ilə tanıdığımız repçi bu ləqəbi özünə məktəb vaxtı götürüb. Gənc yaşlarında “Odlar Yurdu” KVN komandasının heyətində çıxış edib.

Elşad Xose repləri

1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işlədiyi dövrdə özünün ilk treki – “Allah” mahnısını yazdırıb.

2000-ci ildə “Jizn ne menyaetsa” adlı ilk musiqi albomunu yayımlayıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, studioda 20 dəqiqəyə yazdığı “Qəmgin mahnı” ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdı.

Albomun buraxılışından sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçmüşdür.

2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Əfsanə geri dönür” şüarı altında “Leyli və Məcnun” hip-hop müziklının premyerası baş tutub.Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxanaçı Ağamirzə ifa ediblər.

Qeyd edək ki, Elşad Xose 2010-cu ildə Azad Azərbaycan TV-də yayımlanan “Maşın Şou” realiti verilişində iştirak edib.

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Həmçinin Bax
Close
Back to top button