Sahil Babayev müşavir təyin edib

Nazir Sahil Babayev müşavir təyin edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müşavir olaraq Hidayət Abdullayev və Samir Vəliyevi təyin edib.

Eyni zamanda ƏƏSMN-in başqa bir müşaviri də var. Digər müşavir isə Vüsal Zakir oğlu Nəsirlidir.

Vüsal Nəsirli Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə  idarəetməsi ixtisasının bakalavr həmçinin, magistr pillələri üzrə təhsil alıb.

2001-2009-cu illər ərzində özəl sektorda bir sıra vəzifələrdə çalışıb.

2009-2013-cü illəri əhatə edən dövrdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini kimi çalışıb. 2013-2018-ci illər ərzində isə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button