
Əmək və sosial müdafiə sahəsinə yeni rəhbər gəldi
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri dəyişib. Dövlət başçısının qərarı ilə Anar Əliyev bu posta təyin edilib. O, uzun illər İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrdə işləyib. Hüquq üzrə fəlsəfə doktoru olan yeni nazir, nazirlik sistemində geniş təcrübəyə malikdir.