Siyasətçi

Sahil Babayev kimdir?

Sahil Babayevin nənəsi haqqinda

Sahil Babayev nənəsi kimdir

Sahil Babayev kimdir?

Sahil Babayev Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

Sahil Babayev haralidir?

O, 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Sahil Babayevin Həyatı

O, 2000-ci ildə Bakı Dövlət universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsini bitirdikdən sonra 2002- ci ildə isə magistr dərəcəsinə qəbul olaraq təhsilini davam etdirib. 2010-cu ildə isə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb.

O, ingilis dili ilə yanaşı rus, türk və fransız dillərini də mükəmməl bilir. Nazir eyni zamanda YAP-ını üzvüdür.

Sahil Babayevin Fəaliyyəti

1999-2006-cı illər arasında Dövlət Neft şirkətinin xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin müdiri olaraq fəaliyyətinə başlayıb. Hasilatın Pay Bölgüsü, eyni zamanda “Şahdəniz” təbii qazının satışı istiqamətində sazişlərin, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə müqavilələrin tərtib edilməsində də iştirak edib.

2006-2009-cu illər içərisində isə Milli Məclisin sədr müavinin köməkçisi kimi fəaliyyətinə davam edib. Bununla da Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi kimi çalışıb.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsində, 2011-ci ildən etibarən isə Beynəlxalq təşkilatların əməkdaşlıq şöbəsində müdir olub.

Bununla yanaşı 2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri və Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “SOCAR Türkiyə Ege” Kompleksinin Star layihəsi üzrə Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərib.

2014-cü ildə İqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildə İqtisadiyyat müavini vəzifəsinə seçilib.

Sahil Babayev nazir təyin olundu

Ölkə başçısı prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixində imzaladığı sərəncam əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev nazir təyin olundu.

Nazir təyin olunduqdan sonra o, sosial tədbirlərlə bağlı əhalinin rifahını yaxşılaşdırmaq məqsədilə bir sıra addımlar atıb. O cümlədən İkinci Qarabağ müharibəsi dövründə o, erməni təcavüzkarlığını dünyaya çatdırmaq üçün bir sıra görüşlər həyata keçirib.

Nazir Sahil Babayev erməni terroru və 27 sentyabr tarixindən başlayaraq törədilən növbəti hərbi təxribat barədə digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi müraciət edib. Müraciətdə Sahil Babayev erməni silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ordumuzun əks-hücum əməliyyatına başladını vurğulayıb və Azərbaycan silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınan öz ərazilərində döyüşdüyünü də qeyd edib.

Pensiya artımı 2022 -ci ildə nə qədər gözlənilir? – Sahil Babayev açıqladı

2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: “Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir”.

Sahil Babayev: Gələn il Azərbaycanda orta yaşa görə pensiya ilk dəfə olaraq 500 manatı keçəcək.

Bu barədə əmək və sosial siyasət və iqtisadi siyasət, sənaye və sahibkarlıq məsələləri üzrə birgə iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcə zərfləri”nin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir Sahil Babayev bildirib ki, yaşa görə orta pensiya 516 manat təşkil edəcək. İki aydır ki, hərbi pensiyaların 80 faizi elektron qaydada müəyyən edilib. Qalan 20% isə gizli kateqoriyaya aid insanlardır.

Sahil Babayev: Son 5 ildə təqaüd alanların sayında böyük artım olub

Son 20 ildə həyata keçirilən uğurlu sosial siyasət sayəsində yoxsulluq əhəmiyyətli dərəcədə azalıb.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 illik yubileyi münasibətilə keçirilən “Vətənə, xalqa və dövlətə 20 misilsiz xidmət” adlı konfransda çıxışı zamanı deyib.

Nazir Sahil Babayev bildirib ki, bu illərdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya 14 dəfə artıb.

Nazir deyib ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib.

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Bax
Close
Back to top button