Siyasətçi

Zakir Həsənov kimdir?

Zakir Həsənov kimdir? Zakir Həsənov haqqında ətraflı və düzgün məlumat istəyirsinizsə, məqaləmizlə tanış ola bilərsiniz.

General-Polkovnik Həsənov Zakir Əsgər oğlu Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Əsgər oğlu Həsənov 1959-cu il 6 iyun tarixində Astarada doğulub.

Zakir Həsənov təhsili

Cəmşid Naxçıvanksi adına İbtidai Hərbi Məktəbi 1976-cı ildə bitirib.

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini 1980-ci ildə bitirərək həmin tarixdən 1985-ci ilə qədər Almaniyada Sovet Ordusu sıralarında xidmət göstərib.

1985-1993-cü illər ərzində isə Sibir Hərbi Dairsəində xidmət göstərib.

1 il, yəni 1986-1987-ci illər daxilində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını yekunlaşdırıb.

Zakir Həsənov fəaliyyəti

1993-2003-cü illəri əhatə edən 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət göstərib. Prezidentin 2003-cü il 17 yanvar tarixli 1130 nömrəli sərəncamı əsasında Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib. 2003-cü il 17 may tarixli 869 nömrəli fərmanla general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli sərəncam əsasında isə general-leytenant ali xüsusi rütbəsi təqdim edilib.

Zakir Həsənov medalları

Horadiz əməliyyatı başda olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən general-polkovnik müxtəlif mükafat və medallara layiq görülüb.

15.12.1998-ci il – “Sərhəddə fərqlənməyə görə” medalı

16.08.2002-ci il – “Hərbi xidmətlərə görə” medalı

30.06.2004-cü il – “Azərbaycan Bayrağı” ordeni

11.03.2008-ci il – “Vətən uğrunda” medalı

22.10.2013-cü il – “General Polkovnik” hərbi rütbəsi

19.04.2016-cı il – “Azərbaycan Bayrağı” ordeni

05.06.2019-cu il – “Şöhrət” ordeni

09.12.2020-ci il – “Zəfər” ordeni

Mənbə: mod.gov.az

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button