Biznesmen

Stiv Jobs kimdir?

Stiv Jobs 1955-ci il 24 fevral tarixində ABŞ-da Kaliforniya ştatında anadan olub. Ailəsinin vəziyyəti yaxşı olmadığından doğumundan bir həftə sonra Kaliforniyada yaşayan Paul və Clara Jobs ailəsinə övladlıq verilib və gənclik illərini Mountain View, Kaliforniyada keçirib.

Stiv Wozniak ilə birlikdə dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Apple”ın qurucu ortağı, direktoru və CEO-sudur. Pixar ilə Walt Disney şirkətlərinin idarə heyətində yer alıb. 2010-ci ildə 6.1 milyard dollarlıq şəxsi sərvəti ilə texnologiya sahəsində çalışan ən zəngin insanlardan biri olub.

Stiv Jobs təhsili və iş həyatı

Stiv Cobs məktəbi bitirdikdən sonra Portlandda olan Reed Kollecinə qəbul oldu, amma ilk smestri bitirmədən ayrıldı. Təhsili yarım qoyduqdan sonra yataqxanadakı şüşə və qutuları yığıb sataraq pul qazanır və Hare Krishna məbədində paylanan pulsuz yeməklərlə gününü keçirirdi. Eyni vaxtda bəzi dərslərə də girirdi. Gələcək illərdə bu dərslərin köməkliyi ilə Mac kompüterlərdə istifadə olunan bütün yazı fontlarının təməlini meydana gətirdiyini ifadə edəcəkdi.
1974-ci ildə Kaliforniyaya qayıdaraq Homebrew Kompüter klubunda Stiv Vozniak ilə birlikdə işə başladı. Eyni zamanda dövrün ən böyük video oyunları istehsalçısı Ataridə oyun yaradıcısı olaraq işləyirdi. Bu işdə çalışdığı dövrdə yığdığı pullarla kollec yoldaşı Daniel Kottke ilə birlikdə Hindistana bir ziyarət təşkil edən Jobs, burada Buddizm ilə tanış oldu.

Apple

Stiv Cobs, 1976-ci ildə, Stiv Vozniak və Ronald Wayne ilə birlikdə Apple şirkətini qurdu. Şirkətin ilk böyük uğuru 1978-ci ildə Mike Scottu CEO olaraq heyətinə qatmaq oldu. Genişlənən vizionu ilə birlikdə qısa müddətdə sahəsinin ən qabaqcıl şirkətlərindən olan Apple, 1984-ci ildə o dövrə qədər edilmiş ən inkişaf etmiş fərdi kompüter olan Macintoshu bazara çıxardı və bir anda dəyərini on dəfə artırmış oldu. Lakin şirkət içərisində yaşanan problemlərdən sonra 1985-ci ilin mayında, öz qurduğu şirkətindən digər işçilər və idarəçilər tərəfindən qovularaq Apple arzusuna bir müddət ara vermək məcburiyyətində qaldı.

NeXT və Pixar

“Apple”dan ayrıldıqdan bsonra qurduğu NeXT adlı kompüter şirkəti, Maca bənzəsə də daha güclü fərdi kompüterlər istehsal edirdi. Funksionallığı qədər bahalı olması ilə də diqqəti çəkən bu kompüterlər, fərdi istifadə baxımından inqilab yaratmışdı, lakin labaratoriyalar və universitetlərin xaricində çox da maraq çəkmədi və şirkət 1993-ci ildə, yalnız 50.000 kompüter satışı reallaşdırdı və təchizat istehsalını buraxaraq təmamilə proqram yaradan şirkət olmaq məcburiyyətində qaldı.
Stiv Cobs tərəfindən The Graphics Group adlı şirkət 1986-ci ildə 10 milyon dollara alındı. Cobs bu şirkətin adını dəyişdirərək Pixar etmişdi və başlanğıcda xüsusi effektlər istehsal edən bir proqram şirkəti idi. Kifayət qədər uğurlu olma bilmədiyi üçün istiqamətini dəyişdirərək kompüter dəstəkli animasiyalar yaradan şirkət oldu. Belə halda şirkətə böyük maddi dəstək verən Disneyin də payı böyük idi. İlk olaraq 1995-ci ildə Toy Story adlı film ilə böyük uğur əldə edən Pixar, Monsters, Inc, Finding Nemo, Cars, Ratatouille kimi bir çox şah əsər ilə sahəsinin ən böyük şirkəti olmağı bacardı.

Stiv Cobsun sahibi olduğu NeXT şirkəti, 1996-ci ildə 429 milyon dollara Apple şirkətinə satıldı.Uzun bir müddət ərzində köməkçi CEO olaraq Apple-da çalışan Cobs, 2000-ci ildə CEO ünvanını bir kənara buraxaraq şirkətin qalıcı olaraq idarə heyəti üzvü oldu.

Stiv Cobs vəfatı

Stiv Cobs 2004-ci ildə qaraciyər xərçəngi oldu, amma xəstəliyə qalib gəldi. Daha sonra bu xəstəlikdən qalan yan təsirlərdən ötəri bir müddət müalicə aldı və 2011-ci il 5 oktyabr tarixində Kaliforniyada vəfat etdi.

Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button