İncəsənət xadimi

Yazıçı Anar kimdir?

Yazıçı Anar haqqında maraqlı məlumatları sizin üçün hazırladıq.

Yazıçı Anar 1938-ci ilin 14 mart günündə dünyaya gəlib. Azərbaycanda tək yazıçı yox,  həm də senarist və tərcüməçi kimi tanınır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin oğlu olan yazıçı Anar bir çox gördüyü işlərlə və yazdığı əsərlərlə Azərbaycan tarixində görkəmli iz qoydu.

Yazıçı Anar Gəncliyi

1945-ci ildə Anar musiqi məktəbinə daxil olmuşdur. Bu məktəbdə 10 il müddətində təhsil alan Anar həmin məktəbi gümüş medal ilə bitirmişdir. Həyat yoldaşı Zemfira Səfərovayla oxuduğu illərdə tanış olmuşdur. Onlar birinci sinifdən məktəbi bitirənə qədər birlikdə təhsil almışlar. Daha sonra yazıçı Anar Azərbaycan Dövlət Universitetinə daxil olur. Zemfira Səfərova isə konservatoriyada təhsilini davam etdirmişdir. Bunlara baxmaraq onlar heç bir zaman yollarını ayırmamışlar. Keçən zaman içərisində onlar nişanlanmış və sonra evlilik həyatına qədəm qoymuşlar. 1962-ci ilin ilk ayında, yanvarda toyları olub. Bu cütlüyün iki övladı var. Oğulları Tural Rzayev diplomatdır. Xarici işlər nazirliyinin əməkdaşıdır. Hal halzırda Azərbaycanın Ruminiyadakı səfiri vəzifəsini icra edir.

Yazıçı Anar

Yazıçı Anar Təhsili və Fəaliyyəti

Yazıçı, dramaturq Anar ADU-nin filologiya fakültəsini 1960-cı ildə bitirmişdir. Anar bitirdiyi universitetlə kifayətlənməmiş bir çox kurslarda iştirak etmişdir. 1964-cu ildə senaristlər kursunu, rejisorluq kursunu isə 1974-cü ildə bitirmişdir. 1960-cı ildən etibarən yazıçı Anarın əllidən artıq kitabı çap olunmuşdur. Onun müəllifi olduğu elmi-fantastik əsəri Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq bu janrda yazılan ən yaxşı və bəyənilmiş əsərlərdən biridir. Anar bir çox dövlət və Beynəlxalq mükafatların sahibi olmaqla yanaşı 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən 60 yaşı olması münasibətilə Azərbaycanın ən yüksək mükafatı olan İstiqlal ordeni ilə təltif olunmuşdur.

Etiketlər
Ətraflı Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button