DOST TV-nin ilk efirinin qonağı nazir Sahil Babayev olacaq
2 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi çərçivəsində ölkəmizdə ilk sosial televiziya – DOST TV fəaliyyətə başlayacaq.
Bu yeni internet televiziyası əmək, məşğulluq, sosial müdafiə və rifah məsələləri ilə bağlı verilişlər və xəbərlər yayımlayacaq, tamaşaçıların suallarına birbaşa cavab verəcək.
Sabah DOST TV “Sosial saat” proqramının qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. Müsahibə zamanı nazir dinləyicilərin nazirliyin fəaliyyəti ilə bağlı suallarını da cavablandıracaq.
Aşağıdakı keçidlərə klikləməklə DOST TV kanalının izləyicisi ola, həmçinin kanalın sosial şəbəkələrdəki rəsmi hesablarına abunə ola bilərsiniz: