Nazir müavini Anar Kərimov şəhid Vüqar Məmmədovun ailəsini ziyarət etdi

Nazir Sahil Babayevin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədov Vüqar Elxan oğlunun ailəsini ziyarət edib.

Vüqar Məmmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda döyüşlərdə şəhid olub. Ölkə başçısı İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları  ilə təltif olunub.

Şəhid Vüqar Məmmədovun ailəsinin sosial müdafiəsi istiqamətində bir sıra işlər həyata keçirilib. Ailəyə birdəfəlik sığorta ödənişi və maddi yardım edilib və şəhidin anası Prezidentin təqaüdü və pensiya ilə təmin olunur.

Ailə ilə görüşdə şəhid Vüqar Məmmədovun həyat yolundan da söhbət açılıb. Onun hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərindən bəhs edilib

Nazir müavini vətən uğurunda canından keçən şəhidlərin ailələrinin diqqət və qayğı ilə əhatə olunduqlarını, bu sahədə aparılan işləri diqqətə çatdırıb. O, digər şəhidlərimiz kimi, şəhid Vüqar Məmmədovun ailəsinin də yaşayışının daim diqqətdə saxlanacağını söyləyib..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button