Sahil Babayevin daha bir müavini işdən çıxarıldı

Emek ve Ehalinin sosial mudafiesi naziri Sahil Babayevin müavini İlqar Rəhimov işdən çıxarıldı.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Əzizov Bəxtiyar Əsgər oğluna həvalə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixində imzaladığı sərəncamla Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin olundu.

Sahil Babayev kimdir?

Səlim Müslümovu əvəzləyən Sahil Babayev əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində işləyib.

O, 1980-ci ildə Bakıda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr üzrə dərəcə alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində fəaliyyət göstərib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button