Sahil Babayev: “Müharibə əlili olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

Birinci Vətən müahribəsində əlil olmuş şəxslərə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.

Bu barədə nazir Sahil Babayev media nümayəndələrinə çıxışı zamanı məlumat verib.

O söyləyib ki, birdəfəlik ödəmə yalnız hazırda müharibə əlili statusunda olanlara yox, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, amma sonradan sağalan, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də şamil edilir.

Bununla yanaşı Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.

Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib.  Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button