Sahil Babayevin istefa verməsi ilə bağlı yanlış xəbər
![Sahil Babayevin istefa verməsi ilə bağlı yanlış xəbər 1 sahil babayevin ailesi](https://kimdir.com.az/wp-content/uploads/2021/08/sahil-babayevin-ailesi.jpg)
Sosial müdafiə naziri Sahil Babayevin guya istefa verməsi ilə bağlı son günlərdə mediada məlumat dolaşır. Bildirmək istəyirik ki, yayılan bu məlumatlar heç bir həqiqəti əks etdirmir.
Sahil Babayev 2018-ci ildən Əmək və Əhalinin Sosial müdafiə naziri vəzifəsini icra edir.
Sahil Babayev kimdir?
O, 1980-ci ildə anadan olub. Yeni Azərbaycan Partiyasının üzvüdür və ehtiyatda olan zabitdir.
O, eyni zamanda BDU-nin Beynəlxalq hüquq kafedrasının əvəzçiliklə müəllimi və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular haqqında mühazirəçi olub.
Bunlarla yanaşı, Sahil Babayev Beynəlxalq Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.