Sahil Babayevin anasının əlilliyinin guya saxta olması ilə bağlı açıqlama

Sosial müdafiə naziri Sahil Babayevin anasının əlilliyinin guya saxta olması ilə bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə şöbəsinin müditi Fazil Talıbov açıqlama verib:

“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun olaraq istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası edənlər “fəaliyyətlərini” davam etdirirlər. Sosial mudafie naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həmçinin leyaqetden uzaq paylaşımlar da bunun ardıdır.

Dəfələrlə ağır ürək əməliyyatları keçirib və ürəyinə altı stend yerləşdirilib. Daha sonra isə ürəyində aorta koronar şuntlaşma əməliyyatı icra edilib. Belə olan halda isə 2005-ci ildə ona təyin edilən əlilliyin guya 2016-cı ildə təyin olunduğu və əsassız olmasıyla bağlı məqsədli formada dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.

Rüşvətxorluğa və saxtakarlığa görə ƏSMN-dən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki o zaman saxtakarın kim olduğunu biləcəklər”

Sahil Babayev kimdir?

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiə naziridir.

Sahil Babayevin ailəsi

Sahil Babayevin atası Rafiq Babayev  polis polkovnik leytenantı, uzun müddət Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button