Sahil Babayev mükafata layiq görüldü

Sosial müdafie naziri Sahil Babayev mükafata layiq görüldü.

“Caspian Energy Club” altıncı Beynəlxalq “Caspian Business Award-2021” mükafatının təqdimetmə mərasimini həyata keçirib. Təqdimetmə mərasiminə dövlət qurumları, diplomatik missiyaların nümayəndələri və “Caspian Energy Club” üzvləri qoşulub. Həmin mərasimdə nominasiyalar üzrə mükafatlar təqdim edilib..

Nazir Sahil Babayevə biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə “Caspian Business Award-2021” mükafatına layiq görülüb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ilin yekunu üzrə mükafatlara layiq görülən şəxslərin kluba üzv şirkət rəhbəri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdiyini söyləyib.

Sahil Babayev “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını dilə gətirib.

O, dövlətimizin başçısı Prezident İlham Əliyevin tapşırığı əsasında sosial sahədə və məşğulluq sahəsində geniş miqyaslı islahatların baş tutduğunu mərasim qonaqlarının diqqətinə çatdırıb. Həmin islahatlar prosesində, eyni zamanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, aktiv məşğulluq proqramlarının icrası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi işlərində sahibkarlarla və biznes strukturları ilə sosial dialoq müstəvisində əməkdaşlığa xüsusi rol ayrıldığını söyləyib.

Nazir həmçinin “Caspian Energy Club”la Nazirliyin fəal əməkdaşlıq təcrübəsinin formalaşdığını da sözlərinə əlavə edib. Sahil Babayev növbəti illərdə də bu əməkdaşlığın davam edəcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button