Sahil Babayev Eldar Əzizovun qardaşını işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib.

Məlumata görə, nazir Sahil Babayevin əmri ilə Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli tibbi-sosial ekspert komissiyasının rəhbəri Aydın Əzizovu vəzifəsindən uzaqlaşdırılıb.  Onun yerinə isə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov uzun illərdir bu vəzifədə çalışırdı.Lakin son dövrlərdə onun adı bəzi xoşagəlməz hallarla bağlı gündəmə gəlmişdi. Belə ki, sürücüsü Əzizov soyadından istifadə edərək bir sıra vətəndaşın pullarını mənimsəyib.

Xatırladaq ki, Aydın Əzizov ixtisasca qulaq, burun, boğaz həkimidir.

Bir cavab yazın

Back to top button