Sahil Babayev: “Erməni işğalçılarına qarşı döyüşən qazilərimizi elektron protezlərlə təmin edəcəyik”

Sahil Babayev erməni işğalçılarına qarşı mübarizədə yaralanmış, amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı və elektron protezlərlə təmin olunacağı ilə bağlı KİV-ə müsahibə verib.

Ölkə başçısı İlham Əliyevin göstərişi əsasında ƏƏSMN torpaqlarımız uğrunda gedən döyüşlərdə yaralanmış və orqanlarını itirmiş vətəndaşlarımızın yüksək texnologiyalı, eyni zamanda elektron protezlərlə təminatına start verilib. Onların hər birinə müasir protezlər təqdim ediləcək.

Bu haqda KİV-ə müsahibə verən nazir son 2 il müddətində ölkəmizin bütün regionlarını əhatə edən on bir reabilitasiya və sosial xidmət mərkəzinin təm təmir edildiyini və eyni zamanda müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verildiyini söyləyib.

2021-ci ildə daha belə dörd mərkəzin açılmasının nəzərdə tutulduğunu söyləyən nazir artıq Şağan Rabilitasiya Pansionatının istifadəyə verildiyini bildirib.

Qeyd edək ki, Şağan Reabilitasiya Pansionatının açılışı ölkə başçısı prezident İlham Əliyevin iştirakı ilə 25 fevral tarixində baş tutub. Pansionat ümumi olaraq yaradılmış potensialı ilə artıq otuz min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərməyə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button