Sahil Babayev BƏƏ KOB Forumunda çıxış edib

Sahil Babayev BƏƏ-də “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda keçirilmiş konfrans zamanı Azərbaycan tərəfindən çıxış edib. Konfrans zamanı KOB-lar üçün birgə iş imkanları haqqında müzakirələr aparılıb. Konfrans zamanı S.Babayev ölkəmizdə COVİD-19 pandemiyası dövründə alınmış tədbirlər, 44günlük müharibədə qazanılmış qalibiyyət və həmin işğaldan azad olunmuş torpaqlarda aparılan tikinti, bərpa işlərindən, sosial əlaqələr  sahəsində aparılmış və beynəlxaql səviyyədə qiymətləndirilən islhatalardan geniş söhbət açmışdır. Keçirilmiş kompleks tədbirlər çərçivəsində ÜDM-in 5,6% artığı bildirilib.

Ölkə əhalisində keçirilən 3 böyük islahatdan söz açan Sahil Babayev, bu islahatlar üçün 6% milyard manat büdcə ayrılmışdır və ölkə əhalisinin yarısını əhatə edir. Məşğulluq sisteminin elektron formaya keçirilməsi xidmətlərin daha şəffaf, sürətli göstərilməsinə şərait yaradılıb.

Nazir son beş ildə həyata keçirilən özünüməşğulluq proqramının dəstəyi ilə 48000 ailənin öz təsərrüfat və müəssisələrini yaratdığını, Dünya Bankı, BMT İnkişaf Proqramı, müxtəlif biznes strukturlarının da bu proqrama cəlb olunmasının proqramın uğurlarının artmasına imkan verdiyini bildirib.

Baş tutmuş konfransda Azərbaycan Qadın Sahibkarlar Təşkilatının təsisçisi Tatyana Mikayılova, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev də çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button