Nazir Sahil Babayev şəhid ailələrinin məşğulluğu ilə bağlı müraciət edib

Vətən uğrunda gedən döyüşlərdə şəhid olan şəxslərin ailə üzvləri və müharibədə yaralanan qazilərin məşğulluğunun təmini üçün başlanılan “Məşğulluq Marafonu”na qoşulan şəxslərin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Məşğulluq Marafonu üçün qeydiyyatdan keçmək üçün 100-dən artıq işəgötürən vakansiyalarını elektron sistemə əlavə etdiyini söyləyib.

Hər bir işə götürəni Sahil Babayev Mesgulluq Marafonuna qoşulmağa dəvət edib: https://www.youtube.com/watch?v=76oU-obUNZI

İşəgötürənlər Mesgulluq Marafonunda aktiv iştirak edərək Vətən yolunda canından keçən şəhidlərimizin yaxınlarına və bu minvalla sağlamlıqlarından keçmiş qazilərimizin məşğulluğunun təmin olunmasına dəstək verəcəklər.

Nazirlik tərəfindən başladılan bu marafona qoşulmaq istəyən şəxslər öz vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə keçid edərək əlavə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button