Nazir Sahil Babayev Xızıda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Xızı və Siyəzən sakinlərini ayrı-ayrılıqda qəbul edib.
Qəbuldan əvvəl nazir Sahil Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı H. Aslanov ümummilli liderimiz Heydər Əliyevin Xızı rayonunda ucaldılan abidəsini ziyarət ediblər.
Yerləşdirmə, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət edilib.
Müraciət edənlərin bəziləri şəhid ailələri və veteranlardan ibarət olub.
Qəbul zamanı müraciətlər araşdırılıb və zəruri ehtiyat tədbirləri görülüb.