Sahil Babayev erməni işğalçılarına qarşı döyüşən qadınların hüquqlarının təmini üçün keçirilən iclasa qoşulub

Nazir Sahil Babayev erməni işğalçılarına qarşı döyüşən Qarabağ müharibəsi veteranlarının və əlilliyi olan qadınların hüquqlarının və rifahının təmin edilməsinə dair Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclasında iştirak edib. İclas Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icrası əsasında təşkil edilib.

İclasda nazir Sahil Babayevlə yanaşı, Birinci  vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev və layihə heyəti iştirak edib.

Ölkə başçısı İlham Əliyevin əlilliyi olan şəxslərə, Vətən müharibəsinin iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan nazir bu istiqamətdə həyata keçirilən tədbirləri vurğulayıb. Sahil Babayev eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə reallaşdırdığı layihənin də bu istiqamətdə görülən işlərə dəstək məqsədi daşıdığını vurğulayıb.

Layihə çərçivəsində İnklüziv İncəsənət Məktəbinin yaradılmasının önəmindən də bəhs edən nazir məktəbdə əlilliyi olan tələbələrə rəsm, toxuculuq, oymaçılıq və bu kimi sahələr üzrə təlim kurslarının təşkil olunduğunu və hazırlanmış məhsulların satış sərgisində nümayiş etdirildiyini vurğulayıb.

İclasda 2 illik layihənin komponentləri üzrə görülən işlər, layihəyə yeni dəstək istiqamətlərinin əlavəsi və yeni komponentlər üzrə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında fəaliyyətinin icra edilməsi və layihənin müddətinin bu ilin sonunadək uzadılması və bu kimi məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button