Sahil Babayev erməni vandalizmindən danışıb

Nazir Sahil Babayev erməni işğalından torpaqlarımızın azad edilməsinin BMT qətnamələrinin icrasına uyğun aparıldığını söyləyib.

Sahil Babayev erməni işğalçılığı ilə bağlı BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettiyə məlumat verib.

Beynəlxalq səviyyədə tanınmış ərazilərimizi Ermənistanın işğalından azad etməklə Azərbaycan BMT-nin qətnamələrinin icrasını təmin edir. Hərbi əməliyyatlar da Azərbaycanın beynəlxalq ölkələr tərəfindən tanınmış ərazilərində aparılır. Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimizə irimiqyaslı hücumlar edilsədə, ordumuz heç bir vaxt mülki əhalini hədəf almır.

Sosial müdafie naziri işğalçı Ermənistan otuz ilə yaxındır ki, BMT-nin dörd qətnaməsinə önəm vermədən ərazilərimizi işğalda saxlamağa davam etdiyini və 27 sentyabr tarixində Azərbaycana qarşı yenidən hərbi təxribata əl atdığını bildirib. Həmin vaxt üç dəfə humanitar atəşkəs elan olunsa da, Ermənistan ordusu hər dəfəsində atəşkəsi kobud şəkildə pozur və cəbhədən uzaq, hərbi obyektlər olmayan məntəqələri, yerli sakinləri raket hücumlarına məruz qoyur.

Görüşdə ölkə başçısı İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından da danışan nazir həssas əhali qruplarına dövlət qayğısının daim artmaqda olduğunu nitqinə əlavə edib. Bununla yanaşı Sahil Babayev pandemiya dönəmində də geniş miqyasda həyata keçirilən sosial dəstək tədbirlərindən də söz açıb.

Sosial müdafiə naziri Sahil Babayev “Azərbaycan İnnovasiyanın  və Məşğulluq təşviqi” layihəsinin BMT İP müsbət əməkdaşlıq təcrübəsinin daha bir nümunəsi olduğunu dilə gətirib. Son dönəmlərdə isə Nazirliklə BMT İP arasında səmərəli əməkdaşlığın mühüm fəaliyyət istiqamətləri üzrə genişlənməsinin təqdirəlayiq olduğunu da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button