Sahil Babayev İşləyən pensiyaçıların pensiya artımı haqqında danışıb
Nazir Sahil Babayev: Ölkəmizdə altmış min nəfərdən artıq işləyən pensiyaçı var.
DOST TV-də tamaşaçıların suallarını cavablandıran nazir Babayev təqaüdə çıxan və fəaliyyətini davam etdirən şəxslərin pensiyaları ilə bağlı mühüm məlumatlar verib.
Nazir Babayev bildirib ki, yaşa görə təqaüdə çıxdıqdan sonra iş həyatına davam edən şəxslərin topladığı kapital hər ilin əvvəlində indeksləşdirilir. Bu indeksləşdirmə nəticəsində əmanətlər 72-yə bölünür və hər 6 ildən bir pensiyaya əlavə olunur.
Bununla bağlı prosesin daha şəffaf və səmərəli idarə olunması üçün xüsusilə elektron proqram hazırlandığını diqqətə çatdıran Sahil Babayev bu proqramın bu ildən tətbiq ediləcəyini bildirib. O, bu proqram sayəsində yaşa görə pensiyaya çıxan və iş həyatını davam etdirən şəxslərin pensiyalarının avtomatik və proaktiv şəkildə hesablanaraq hər 6 ildən bir artırılacağını vurğulayıb.
Artıq bununla bağlı vətəndaşların müraciət etməsinə ehtiyac qalmayacaq.
Nazir S. Babayevin verdiyi bu açıqlamalar pensiya sisteminin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Bu yolla təqaüdçülərin maddi hüquqlarının qorunması və daha yaxşı həyat səviyyəsinə sahib olması hədəflənir.
Videonun linkinə keçid: https://youtu.be/twz8N_KbU78?si=A7O4-4jzbjhBIMTz