Sahil Babayev Macarıstana səfər edib
Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Macarıstana səfər edib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Macarıstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Sahil Babayev səfər zamanı keçirdiyi görüşdə 2000-ci ildən etibarən dövlәt xәtti ilә xarici ölkәlәrin ali tәhsil müәssisәlәrindә 11 900-dən çox gəncin təhsil aldığını söyləyib. Hazırda 500 gəncimiz də Macarıstanda ali təhsil alır.
Səfər zamanı Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə məlumat verən nazir Sahil Babayev ölkəmizin bütün sahələrdə inkişafında gənclərə xüsusi önəm verildiyini vurğulayıb. Xaricdə təhsilini yüksək səviyyədə başa vuraraq Vətənə qayıdan, müasir elmi-texnoloji biliklərə malik gənc kadrların islahatlara cəlb edilməsi diqqətdə saxlanır.
Sahil Babayev səfər vaxtı etdiyi görüşdə tələbələri maraqlandıran sualları cavablandırıb.