Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare ilə görüşüb

Sahil Babayev ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku və Rumıniyanın Azərbaycanda fəaliyyət göstərən səfiri Vasile Soare görüşdə iştirak edib.

Görüşdə İlham Əliyevin komandanlığı altında baş vermiş Vətən müharibsəində geniş söhbət açılıb. Nazir, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu bildirirək, bundan məmnunluq duyduğunu bildirib.

Hər iki dövlət arasında əməkdaşlığın inkişafı özünü elmi, texniki, siyasi, iqtisadi sahələrin hər birində göstərir. Bu sahələrin inkişafında Birgə Komissiyanın rolu əvəzsizdir. Komissiyanın uğurunu 2018-ci ilin noyabr ayında Buxarestdə keçirilən 5-ci iclasın müsbət nəticələri aydın göstərir.

Azəraycan və Rumıniya arasında birgə əməkdaşlığa dair bu günümüzə qədər altmışdan çox sənəd imzalanmışdır. Hər iki ölkə nümayəndəliyi ölkələr arasında olan əlaqələrin gələcək dövrlərdə də inkişaf etdiriləcəyində maraqlı olduqlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button