Emin Əmrullayev Şamaxıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 23 avqustda Şamaxıda vətəndaşları qəbul edəcək.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, qəbul zamanı Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri də iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 15 avqust saat 18:00-a qədər Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.