Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edib
“Yaşıl iqtisadiyyat – bacarıqlar, maliyyə və ədalətli keçid probleminin həll edilməsi” mövzusunda keçirilən tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin yaşıl iqtisadiyyata keçidi tam dəstəklədiyini vurğulayıb. Nazir, bu keçidin ətraf mühitin qorunması ilə yanaşı, iqtisadiyyatın bütün iştirakçıları üçün rahat, optimal və inklüziv bir şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Nazir əlavə edib ki, yaşıl iqtisadiyyata keçid zamanı sosial və əmək hüquqlarının qorunması əsas prioritetlərdən biri olmalıdır. Bu keçid, ölkə daxilində ədalətli və bərabər imkanların yaradılması ilə yanaşı, iqtisadi iştirakçılar üçün davamlı inkişafa töhfə verəcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində paylaşılan təcrübələrin insan kapitalının inkişafına və yaşıl iqtisadiyyata keçid prosesinə xas olan işçi qüvvəsinin formalaşdırılmasına mühüm təsir göstərəcəyi vurğulanıb. Sahil Babayev bildirib ki, bu təcrübələr, həm ölkə, həm də regional səviyyədə yeni iş imkanlarının yaradılması, innovativ yanaşmaların təşviqi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni təşəbbüslərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu tədbir yaşıl iqtisadiyyatın qlobal trendləri ilə uyğunsuzluğu aradan qaldırmaq və ölkənin bu sahədəki potensialını reallaşdırmaq üçün geniş müzakirə platforması təmin edib.