Sahil Babayev: İğaldan azad edilən ərazilərdə də özünüməşğulluq proqramı geniş vüsət alacaq

Nazir Sahil Babayev işğaldan azad olunan ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin olunmasına dəstək göstərildiyini söyləyib

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dünya Bankının Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi üzrə missiyası ilə onlayn görüşündə danışıb.

Onun sözlərinə görə, otuz ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan BMT-nin qətnamələrinə məhəl qoymadan Azərbaycana qarşı hərbi təxribatlarını və ölkəmizin dinc əhalisinə qarşı terror siyasətini davam etdirir. Oktyabrın 10-da humanitar atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən yaşayış binalarını “Skad” tipli ballistik raketlərdən atəşə tutaraq, bu sazişi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub. ön xətt.

Nazir bildirib ki, işğalçı Ermənistanın bu növbəti terror aktı nəticəsində on nəfər, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olub, 34 nəfər yaralanıb. O vurğulayıb ki, sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin mülki əhalisini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli bina, 1505 yaşayış binası dağıdılıb.

Bir cavab yazın

Back to top button