Sahil Babayevin müavini işindən azad edildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin daha bir müavini işindən azad edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən nazir müavini İdris İsayev vəzifəsindən azad edildi.
Bir müddət öncə isə ƏƏSMN nazirinin (Sahil Babayev) müavini İlqar Rəhimov vəzifəsindən azad edildi.
Qeyd edək ki, ölkə başçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı əsasında Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olundu.
Sahil Babayev kimdir? Sahil Babayev əslən haralıdır?
Sahil Babayev 1980-ci ildə Bakıda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.