Nazir müavini Hidayət Abdullayev Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 31-də Xaçmaz rayonunda sakinləri qəbul edəcək.

Vətəndaşlar, nazirliyə müraciətlərini qəbul zamanı təqdim edə biləcəklər və məsələlərinin həlli üçün tədbirlər görüləcək. Müraciət etmək üçün vətəndaşlar 19-25 may tarixlərində nazirliyə rəsmi şəkildə müraciət edə bilərlər.

Müraciətlər elektron poçt ünvanına ([email protected]) və ya poçt vasitəsilə təqdim edilə bilər. Həmçinin, 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılan şəxslər siyahısına əsasən qəbul ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button